Yevlaxdan Şəmkirə işləməyə gedən şəxslər qəzaya düşüb.
Xezerxeber.az xəbər verir ki, rayon ərazisində yerləşən istixanalarda günəmuzd işləyən şəxsləri daşıyan mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.
Şahidlərin sözlərinə görə sürücü bu marşrut üzrə müntəzəm sərnişin daşıyan şəxs olub, hadisəyə isə onun halının pisləşməsi səbəb olduğu bildirilir.
Hadisədən dərhal sonra əraziyə cəlb olunan Təcili tibbi yardım birqadaları yaralıları Şəmkir MRX-na çatdırıb. Hospitalizasiya olunan 12 nəfərdən 2-nin vəziyyəti ağırdır.
Hadisə ilə əlaqədar polis tərəfindən müvafiq ekspertizalar təyin olunub, araşdırmalar aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.