Bakı. Trend:
ABŞ-nin "Snapchat" foto və video paylaşma xidməti terrorçufəaliyyətlər və dələduzluq üçün cinayətkarları cəlb etmək məqsədiləistifadə edildiyi üçün Rusiyada bloklanıb.
Trend-in məlumatına görə, bu barədə Rusiyanın Rabitə,İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar üzrəFederal Nəzarət Xidməti (Roskomnadzor) xəbər verib.
"Hüquq-mühafizə orqanlarının məlumatına görə, "Snapchat" ölkədəterror fəaliyyətlərini təşkil etmək və həyata keçirmək,cinayətkarları cəlb etmək, vətəndaşlarımıza qarşı dələduzluq vədigər cinayətlər törətmək üçün istifadə olunur", - deyəbildirilib.
Qurumdan əlavə edilib ki, ictimai rabitə şəbəkəsininmərkəzləşdirilmiş idarəetmə qaydalarına uyğun olaraq,"Roskomnadzor" 10 oktyabr 2025-ci ildə xidməti bloklamaq üçüntədbirlər görüb.