RU

Salyanda ağır qəza 20 dən çox xırda buynuzlu heyvan tələf oldu

Sitat.info saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Salyan rayonunun Həsənli kəndi ərazisində qəza baş verib.

Sitat.info xəbər verir ki, kənd sakini Cəlal Babayevə məxsus 20-dən çox xırda buynuzlu heyvan yük avtomobili tərəfindən vurularaq tələf olub.

Hadisə “KamAZ” markalı yük avtomobilinin sürücüsü Malik Quliyevin avtomobillə hərəkətdə olduğu zaman heyvanların qəfil yolun hərəkət hissəsinə çıxması nəticəsində baş verib.

Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. Lakin kənd sakininə ciddi maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır, dəymiş ziyanın həcmi müəyyənləşdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
2
sitat.info

3Источники