RU

Azərbaycan və İrlandiya arasındakı diplomatik münasibətlər müzakirə olunub

Azərbaycan xarici işlər naziriCeyhun Bayramov Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində İrlandiyanın Avropa İşləri və Müdafiə üzrə Dövlət Naziri Tomas Bernlə görüşüb.

Missiya.Az xəbər verir ki bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Bildirilib ki, tərəflər 2026-cı ildə diplomatik münasibətlərin 30 illiyi ərəfəsində iki ölkə arasındakı əməkdaşlığın müsbət dinamikanı müzakirə edib və siyasi dialoqun gücləndirilməsi, ticarət, investisiya, innovasiya və humanitar əməkdaşlıq imkanlarının araşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş zamanı həmçinin regional inkişaflar və Azərbaycanın sülh gündəliyi də müzakirə olunub.

Избранный
30
1
missiya.az

2Источники