RU

Cəzam çox ağırdır, çünki heç kimi öldürməmişəm Saşa İliç

ain.az, Qol.az saytına istinadən bildirir.

"Cəzam çox ağırdır, çünki heç kimi öldürməmişəm" - Saşa İliç

"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Azərbaycan kubokunun 1/8 final mərhələsində "Difai"ni 3:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlməkləri haqda danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında komandasının oyunundan razı qalmadığını deyib: 

"Bu mərhələni keçmək çox vacib idi. Amma qənaətbəxş oyun göstərmədik. Çoxlu səhvlər etdik. Çempionatda belə oynamaq olmaz".

O, gənc futbolçuların özlərini yaxşı tərəfdən göstərə bilməməsinə toxunub: "Mən gənc oyunçuların tərəfindəyəm. Düzdür, bəzi səhvlər oldu. Onların potensialları var. Hər birinə güvənirəm. İnanıram ki, gələcəkdə nəticəsi olacaq. Səhvlərin olması normaldır".

S.İliç AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılmasına münasibət bildirib: "Məncə, çox ağır qərardır. Çünki heç kimi öldürməmişəm. Düşünürəm ki, 2 oyunluq cəza kifayət edərdi".

O, sonda Azərbaycan millisinin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasovla arasındakı mübahisədən də söz açıb: "Çox emosional oyun keçmişdi. Bəzi sözləri serb dilində dedim. Sözlərim heç kimə ünvanlanmışdı. Oyundan sonra "Şamaxı"nın baş məşqçisi ilə görüşdüm və bu məsələni həll etdik".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
127
3
qol.az

10Источники