RU

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinin (USAF) nümayiş qrupuna daxil olan F-16 qırıcı təyyarəsi Kaliforniyada qəzaya uğrayıb.

"Nellis" Hərbi Hava Qüvvələri bazasından verilən açıqlamaya görə, Thunderbirds pilotaj komandasının bir hissəsi olan F-16C Fighting Falcon təyyarəsi San Bernardino rayonundakı Trona bölgəsində eyniadlı aerodromun yaxınlığında  qəzaya uğrayıb.

San Bernardino rayonu Yanğından Mühafizə və Xilasetmə Departamentinin verdiyi açıqlamada qeyd olunub ki, pilot təyyarə qəzaya uğramadan əvvəl katapultdan istifadə edib və xəstəxanaya aparılıb. Hazırda ona tibbi yardım göstərilir.

Hava bazasının məlumatına görə, təyyarə Los-Ancelesdən təxminən 290 kilometr şimalda yerləşən Trona bölgəsində "nəzarət olunan Kaliforniya hava məkanında" təlim missiyası həyata keçirirdi.

Qırıcı təyyarənin qəzasının səbəbi araşdırılır.

Rəsmi olaraq Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinin Hava Nümayiş Eskadrilyası kimi tanınan Thunderbirds pilotaj komandası yüksək sürətli və təsirli akrobatika nümayişləri ilə tanınır.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Избранный
71
azerbaijan-news.az

1Источники