Yevlaxda yol qəzası baş verib, yaralananlar var. Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhramtəpə yolunun Tanrıqulular kəndi yaxınlığından keçən hissəsində baş verib. İlkin məlumata görə, "VAZ və "Qazel" markalı maşınların toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan yaralılar- 2001-ci il təvəllüdlü Qənifə Bayramova, 1959-cu il təvəllüdlü Nailə Bayramova və 1971-ci il təvəllüdlü Nofəl İsmayılov xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта