RU

Fransada iki nəfər daha ölümcül virus yoluxdu

Fransada Yaxın Şərq Tənəffüs Sindromu koronavirusu (MERS-CoV) ilə bağlı iki yeni yoluxma halı qeydə alınıb. Hər iki yoluxma ölkəyə xaricdən qayıdan şəxslərdə aşkarlanıb. Xəbər ictimaiyyət arasında narahatlıq yaratsa da, mütəxəssislər yeni epidemiya riskinin çox aşağı olduğunu bildirirlər.

Publika.az xəbər verir ki, Fransa Səhiyyə Nazirliyinin 3 dekabr açıqlamasına əsasən, MERS-CoV virusu eyni səfərdə iştirak etmiş iki nəfərdə təsdiqlənib. Onların hər ikisi Ərəbistan yarımadasına səfərdən qayıtdıqdan sonra simptomlar ortaya çıxıb və müayinə edilib.

Nazirlik xəstələrin xəstəxanaya yerləşdirildiyini və vəziyyətlərinin stabil olduğunu bildirib. Qeyd edilib ki, bütün zəruri tədbirlər – kontaktların müəyyənləşdirilməsi, testlərin aparılması, izolyasiya və simptomlara nəzarət – aktiv şəkildə həyata keçirilir.

Məlumata görə, hələlik Fransada ikinci dərəcəli yoluxma, yəni insandan-insana ötürülmə halı aşkar edilməyib. Səfərdə iştirak etmiş digər şəxslər də müşahidə altına alınıb.

MERS virusu ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında müəyyən edilib və SARS ailəsinə yaxın olan koronaviruslardan sayılır. O, COVID-19-dan daha ölümcül, lakin daha az yoluxucudur. Virus əsasən heyvanlardan, xüsusilə də dəvələr və yarasalardan insana keçir.

Избранный
29
6
publika.az

9Источники