RU

İranın vitse prezidentinin qəzada yaralanan övladları da öldü

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranın vitse-prezidenti İsmail Səqqab İsfahaninin noyabrın 30-da Gərmsar–Tehran magistral yolunda baş vermiş ağır yol qəzasında xəsarət alan övladları dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, İran rəsmisi bu barədə “X” hesabında məlumat paylaşıb.

Bildirilib ki, ağır yaralanan və beyin ölümü diaqnozu qoyulan qızı Hüsna və oğlu Sübhan xəstəxanada həyatını itiriblər.

Xatırladaq ki, vitse-prezidentin həyat yoldaşı eyni qəza zamanı hadisə yerində həlak olmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
98
7
qafqazinfo.az

8Источники