RU

İrlandiyada Zelenskinin təyyarəsinin yaxınlığında naməlum dronlar müşahidə edilib

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsi Dublin havalimanına eniş etdikdən bir neçə dəqiqə sonra dörd naməlum PUA havalimanı yaxınlığında uçub.

Trend-in məlumatına görə, bu barədə İrlandiyanın "The Journal"onlayn nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, hadisə dekabrın 1-də yerli vaxtla saat 23:00radələrində baş verib. Dronlar Dublinin şimal-şərqindən havayaqalxıb və təxminən iki saat havada qalıblar. Onlar Zelenskininplanlaşdırılmış uçuşuna uyğun olaraq onun uçuş marşrutuna daxilolublar. Daha sonra dronlar V.Zelenskinin səfəri ilə əlaqədarİrlandiya dənizində gizli şəkildə patrul xidməti aparan İrlandiyaHərbi Dəniz Qüvvələrinin gəmisinin üzərində qısa müddətə dövrəvurublar.

Nəşr qeyd edib ki, dronları kimin işə saldığı və idarə etdiyi,yaxud hazırda harada yerləşdiyi hələ də məlum deyil. İrlandiyaxidmətləri dronları vurmamaq qərarına gəlib.

Избранный
98
az.trend.az

1Источники