RU

"Həmin toyda yetim kimi bir qıraqda qaldım"

Müğənni Zeynəb Həsəni maraqlı açıqlaması ilə gündəm olub.

Milli.Az xəbər verir ki, "Tarixin bir günü" proqramında qonaq olan müğənni başına gələn bir hadisəni danışıb. O, adını çəkmədiyi bir həmkarı ilə toyda eyni vaxtda çıxış edib. Müğənni "Toyda sakit dayanıb ifa edirdim. Birdən həmin qadın müğənni oynaya-oynaya gəldi. Məclis coşdu, insanlar ona elə sevgi göstərirdlər ki... Başına pul yağdırırdılar. Mənim bütün fikrim ifamda idi, çalışırdım ki, toyu gözəl idarə edim. O, isə oynayaraq hamının diqqətini öz üzərinə çəkmişdi. Həmin toyda yetim kimi bir qıraqda qaldım. Fikirləşirəm ki, bəlkə mən də nəyisə düzgün etmirəm. Çünki bütün kütlə onu sevirdi, bu qədər insan səhv edə bilməz." deyə bildirib.

Lalə Qüdrətova
Milli.Az

Избранный
15
2
milli.az

3Источники