RU

İstanbul nəhəngi yanvarda Norveç millisinin hücumçusunu transfer etmək istəyir

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Fənərbaxça" gələn həftə Madrid "Atletiko"sunun hücumçusu Aleksandr Sörlotun agenti ilə görüşəcək. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Yağız Sabuncuoğlu "X" sosial media hesabında paylaşım edib. 

Mənbənin məlumatına görə, Madrid klubu yanvarda yeni hücumçu ilə müqavilə imzalasa, "Fənərbaxça"nın təklifini dəyərləndirəcək. Norveç millisinin 30 yaşlı oyunçusunun özü də gələn keçiriləcək dünya çempionatı ərəfəsində daha çox oyun vaxtı qazanmaq üçün komandasını dəyişmək istəyir.

Qeyd edək ki, hücumçunun İspaniya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır. "Transfermarkt" portalı onun dəyərini 25 milyon avro qiymətləndirir. Şörlot cari mövsümdə 18 oyunda meydana çıxıb və 4 qol vurub. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
sport24.az

1Источники