RU

China Eastern dünyanın ən uzun marşrutunu işə saldı

Çin ilə Argentina arasında tarixdə ilk birbaşa uçuş xətti istifadəyə verilib.

Teleqraf xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Cümə axşamı günorta saatlarında "China Eastern Airlines" şirkətinin MU745 reysi Buenos-Ayresdəki "Eseyza" beynəlxalq hava limanına enib və bununla da yeni aviareysin rəsmi açılışı baş tutub.

Təyyarə Şanxaydakı Pudun aeroportundan Pekin vaxtı ilə saat 02:19-da havaya qalxıb, Yeni Zelandiyanın Oklend şəhərində iki saatlıq texniki dayanacaq edib və təxminən 25 saat 30 dəqiqəlik uçuşdan sonra Argentinanın paytaxtına çatıb.

Məlumata görə, 20 min kilometrdən çox məsafəni əhatə edən bu marşrut dünyanın ən uzun birbaşa aviareysi hesab olunur.

Çin-Argentina reysləri həftədə iki dəfə baş tutacaq. China Eastern Airlines həftədə iki reys həyata keçirəcək: Şanxaydan uçuşlar bazar ertəsi və cümə axşamı, Buenos-Ayresdən geri dönüş reysləri isə çərşənbə axşamı və cümə günləri olacaq.

Избранный
16
teleqraf.com

1Источники