RU

Bacısının boğazını kəsərək öldürmək istən şəxslə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Samir Nəcəfovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.
 

İttihama görə, hadisə 31 may 2025-ci il tarixdə saat 06 radələrində Goranboy rayonunun Nizami kəndində qeydə alınıb.


Belə ki, Samir Nəcəfov qısqanclıq zəminində aralarında baş verən mübahisə zamanı Gülnarə Nəcəfovanın boğaz nahiyəsindən bıçaq xəsarətləri yetirib. Yaralı qadın Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.


Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəxsə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 32 yaşlı Samir Nəcəfov saxlanılıb.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Boğazından bıçaq xəsarətləri alan Gülnarə Nəcəfova bir övlad anasıdır.

 

Kamal Məmmədov 

Tarix: 5 Dekabr 2025, 08:19   
Избранный
17
pravda.az

1Источники