RU

Azərbaycanda DƏHŞƏTLİ YANĞIN: ölən və yaralanan var

Xəbər verdiyimiz kimi, paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verib.

NOCOMMENT.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb.

Yanğın zamanı 4 nəfər həyatını itirib. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Yanğın yerindən videonu təqdim edirik:

Избранный
11
2
nocomment.az

10Источники