RU

Lökbatanda dəhşətli yanğın: 4 nəfər boğularaq öldü

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “QobuPark-1” yaşayış kompleksi ərazisində yerləşən doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə yanğın baş verib.

Tribuna xəbər verir ki,yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb.

Hadisəylə bağlı BaşProkurorluq yaydığı məlumatda bildirib ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub.

Hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər (onlardan 2-si azyaşlıdır) boğularaq ölüb.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Gülşən Rəsul

Избранный
9
24
tribunainfo.az

10Источники