RU

ABŞ vətəndaşlarına Venesuelanı dərhal tərk etmələri tövsiyə olundu

ABŞ

ABŞ Dövlət Departamenti Venesuelaya səfər edən və ya orada yaşayan vətəndaşlar üçün “Səfər Etməyin” xəbərdarlığını yenilədi.ABŞ Dövlət Departamenti Venesuela üçün ən yüksək səviyyədə olan səfər xəbərdarlığını yenidən təsdiqləyib və bu ölkədə yaşayan vətəndaşlarına "təxirəsalınmadan" ölkəni tərk etmələri ilə bağlı çağırış edib. Qurum, Venesuelaya səfər edən və ya orada daimi yaşayan ABŞ vətəndaşları üçün bu il may ayında verilmiş və tam yoxlamadan sonra dəyişiklik edilmədən yenilənmiş 4-cü səviyyəli “Səfər Etməyin” xəbərdarlığını bir daha yayımlayıb.2019-cu ildə ABŞ-ın Venesuelanın paytaxtı Karakasdan bütün diplomatik heyətini geri çağırdığı və hazırda oradakı ABŞ vətəndaşlarına nə təcili, nə də adi konsulluq xidməti göstərilə bilməyəcəyi xatırladılan xəbərdarlıqda bildirilib: “Venesuelada olan bütün ABŞ vətəndaşlarına və daimi yaşayış icazəsi olan şəxslərə dərhal ölkəni tərk etmələri şiddətlə tövsiyə olunur.”Ulusum.az / R.Daşdəmirova

Diqqət Çəkənlər

Azərbaycanda yeni mükafat TƏSİS EDİLƏCƏK - Məbləği 50 min manat olacaq

Bakıda iki gün LEYSAN OLACAQ - XƏBƏRDARLIQ

Ceyranbatan Su Anbarından Evlərimizə Gələn Su Necə Təmizlənir?

Избранный
69
ulusum.az

1Источники