RU

Putin və Tramp telefon danışığı apara bilər

Hazırda Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla telefon danışığı yoxdur, lakin lazım gələrsə, asanlıqla razılaşdırıla bilər.

"Unikal" xəbər verir ki,  bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov TASS- a açıqlamasında deyib. 

“Xeyr, Putin və Tramp arasında telefon danışığı hələ planlaşdırılmayıb”, - o, müvafiq suala cavab verib.

Diplomatın sözlərinə görə, hətta Alyaskada siyasətçilər arasında təkbətək görüşün  üç gün əvvəldən planlaşdırıldığını və keçirildiyini nəzərə alsaq, belə söhbəti təşkil etmək çox asan olar.  Uşakov qeyd edib ki, zəruri ilkin şərtlər yaranarsa, belə təmaslar aparılacaq.

Избранный
147
24
unikal.az

10Источники