RU

Ukrayna münaqişəsi ilə bağlı xoş xəbərlər olacaq

ABŞ-ın vitse-prezidenti Cey Di Vens yaxın həftələrdə Ukraynadakı münaqişənin həlli ilə bağlı "xoş xəbər" alacağına ümid edir.

Olaylar.az xəbər verir ki, bu gözləntisini Vens "NBC News"a verdiyi müsahibədə açıqlayıb:

"Düşünürəm ki, hər halda, çox irəliləyiş əldə etmişik. Amma hələ tam olaraq buna nail olmamışıq. Fikrimcə, yaxın bir neçə həftə ərzində bu istiqamətdə yaxşı xəbərlər olacaq".

Vitse-prezident həmçinin bildirib ki, o və "bütün Ağ Ev" Ukrayna böhranının hələ həll olunmamasından məyusdur: 

"Biz həqiqətən inanırdıq - və ABŞ prezidenti Donald Tramp bunu milyon dəfə deyib - bu, həll edilməsi ən asan müharibə olacaq". (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
98
olaylar.az

1Источники