RU

Psixoloq: xizəklə sürüşmək stress və narahatlığı azaldır

Xizəklə gəzintilər həm bədən, həm də ruh üçün əla fiziki fəaliyyət hesab olunur. AzPost bildirir ki, psixoloq Dmitri Deulin deyib ki, xizəklə məşğul olmaq insanın psixikasına müsbət təsir göstərir və stressi, gərginliyi azaldır.

Ekspertin sözlərinə görə, xizəklə məşğul olan şəxslərdə emosional vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşır – onlar daha çox sevinc, məmnunluq və daxili rahatlıq hiss edirlər. Hətta qısa bir xizək gəzintisi belə pasiv fəaliyyətlə – məsələn, qış idman növləri haqqında mühazirə dinləməklə müqayisədə əhval-ruhiyyəni nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır.

Psixoloq qeyd edib ki, xizəklə məşğul olmaq həm immuniteti gücləndirir, həm də depressiya riskini azaldır, həmçinin hazırlıqsız şəxslərdə xəsarət alma ehtimalını minimuma endirir. Müntəzəmlik əsas amildir: həftədə iki-üç məşq fiziki və psixoloji sağlamlığı saxlamaq üçün kifayətdir.

AzPost.az

Избранный
48
azpost.info

1Источники