RU

Bakıda Asiya İnkişaf Bankının dəstəyi ilə dəmir yollarının karbonsuzlaşdırılması üzrə layihənin təqdimatı keçirilir (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC və Asiya İnkişaf Bankının(AİB) əməkdaşlığı çərçivəsində Bakıda karbonsuzlaşdırma üzrəlayihənin təqdimatı keçirilir.

Trend xəbər verirki, layihə Azərbaycanın milli iqlim öhdəliklərini dəstəkləməyə,həmçinin müasir və rəqabətqabiliyyətli, aşağı karbon emissiyalıdəmir yolu sisteminin inkişafına hədəflənib.

Təşəbbüs infrastrukturun modernləşdirilməsini, enerji səmərəlihəllərin tətbiqini və dəmir yolu sektorunda daha ekolojitexnologiyalara keçidi ehtiva edir.

Tədbirdə AİB-in Azərbaycandakı nümayəndəliyinin direktoruSunniya Durrani-Camal, ADY-nın sədri Rövşən Rüstəmov, eləcə dəAİB-in Energetika İdarəsinin inkişaf etməkdə olan regionlar üzrədirektoru Sindi Sisneros-Tianko iştirak edəcək.

Qeyd edək ki, 2025-ci ilin aprelində AİB ADY-ninkarbonsuzlaşdırma layihəsinin icrası üçün kredit vəsaitininayrılmasını təsdiqləyib. Layihə çərçivəsində Texniki Yardım üzrəXüsusi Fonddan 250 000 ABŞ dolları, habelə İnnovasiyalar Fonduvasitəsilə isə 1 milyon ABŞ dolları ayrılacaq.

Xəbər yenilənir.

Bakıda
Bakıda
Məqalədə:
Избранный
76
1
az.trend.az

2Источники