RU

Yanğında ölənlərdən biri köməyə gələn qonşu imiş - Kombi partlayıbmış – FOTO

Lökbatan qəsəbəsinin “Qobu Park-1” yaşayış massivində baş verən yanğında həlak olanlarlardan ikisi uşaqdır.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, partlayışa mənzildəki kombinin partlaması səbəb olub.
 

MÖVZU İLƏ BAĞLI:

Lökbatanda DƏHŞƏTLİ YANĞIN – Dörd nəfər həyatını itirdi – VİDEO


Hadisə nəticəsində eyni evdə yaşayan iki məktəbli və onların anası ölüb.

Təxminən 65–70 yaşlarında olan bir kişi isə qonşu evdən kömək etmək üçün içəri daxil olarkən tüstüdən boğularaq həyatını itirib. Onun arxasınca gələn həyat yoldaşının isə tüstüdən zəhərlənərək xəstəxanaya çatdırıldığı bildirilir.
 

Qeyd edək ki, bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verib.


Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib, 4 nəfər isə müxtəlif xəsarətlər alıb.








Bizim.Media

Избранный
3
7
bizim.media

10Источники