RU

Lökbatandakı yanğında ölənlərdən biri köməyə gələn qonşu imiş

Lökbatan qəsəbəsinin "Qobu Park-1" yaşayış massivində baş verən yanğında həlak olanlarlardan ikisi uşaqdır.

Modern.az xəbər verir ki, partlayışa mənzildəki kombinin partlaması səbəb olub.

Hadisə nəticəsində eyni evdə yaşayan iki məktəbli və onların anası ölüb.

Təxminən 65-70 yaşlarında olan bir kişi isə qonşu evdən kömək etmək üçün içəri daxil olarkən tüstüdən boğularaq həyatını itirib. Onun arxasınca gələn həyat yoldaşının isə tüstüdən zəhərlənərək xəstəxanaya çatdırıldığı bildirilir. (Mənbə: qafqazinfo)

Xatırladaq ki, Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın zamanı dörd nəfər həyatını itirib.

Избранный
10
6
modern.az

10Источники