"Səbail" ötən həftə istefaya göndərdiyi Elvin Məmmədovun başçılıq etdiyi məşqçilər korpusunun digər üzvlərini də klubda saxlamağı lazım bilməyib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Məmmədovun köməkçilərindən Elhad Nəziri ilə qapıçılar üzrə məşqçi Ülvi Xəlilzadə də yola salınıb.
Yalnız Vüqar Bəybalayev klubda qalıb ki, o da seleksiyaçı-məşqçidir və yeni məşqçilər korpusundan ibarət skamyada yer almayacaq.
Qeyd edək ki, I Liqada çıxış edən "Səbail" Elvin Məmmədovu istefaya göndərərək onu Adil Şükürovla əvəzləyib.
Mirağa