"Yuventus"un hücumçusu Duşan Vlahoviç əməliyyatdan uğurla çıxıb.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, sabah reabilitasiyaya başlayacaq. 25 yaşlı futbolçunun meydana qayıdışının ilkin müddəti 3-5 ay olaraq göstərilir.
Xatırladaq ki, Vlahoviç A Seriyasının 13-cü turunda "Kalyari" ilə oyunda (2:1) sol ayağının əzələsini zədələmişdi.