RU

ABŞ “Shahed”ə bənzər dronları Yaxın Şərqdə yerləşdirib

ABŞ ordusu  İranın Shahed-136 kamikadze dronunun klonlaşdırılmış versiyalarını Yaxın Şərqə yerləşdirdiyini rəsmən açıqlayıb.
Yeni sistemin MQM-172 “Arrowhead” və ya bəzi mənbələrdə LUCAS adlandırıldığı bildirilir.

CENTCOM-un məlumatına görə, bu dronlar ABŞ-nin Xüsusi Əməliyyatlar Komandanlığına bağlı yeni yaradılan “Əqrəb Hücum Qüvvələri” birliyi tərəfindən idarə olunacaq.

Bildirilib ki, təxminən 20 ABŞ hərbçisi yeni dronların idarə olunmasına cavabdehdir.
ABŞ şirkəti SpectreWorks tərəfindən hazırlanan LUCAS modeli ölçüləri və funksiyası baxımından #Shahed_136 ilə böyük oxşarlığa malikdir və uzaqmənzilli zərbələr, avtonom missiyalar və vizual məsafədən kənar əməliyyatlar üçün nəzərdə tutulub.

CENTCOM-un hesabatına əsasən, hər bir dronun dəyəri təxminən 35 min dollardır.

Избранный
34
veteninfo.az

1Источники