RU

Bu gün DÇ-2026-nın püşkü atılacaq

Bu gün 2026-cı il dünya çempionatının püşkatma mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, tədbir Vaşinqtondakı Kennedi Mərkəzində keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Ev sahibi ölkələr ötən il açıqlanan oyun cədvəlinə uyğun olaraq A1 (Meksika), B1 (Kanada) və D1 (ABŞ) mövqelərinə təyin olunacaqlar.

Heç bir qrupa eyni konfederasiyadan birdən çox komanda daxil olmayacaq. Bu, 16 komanda ilə təmsil olunan UEFA-dan başqa bütün konfederasiyalara aiddir.

48 iştirakçıdan 42-si artıq məlumdur. Avropa zonasının və FİFA pley-off mərhələsinin 6 qalibi martda müəyyənləşəcək. Bu komandalar 4-cü səbətdə yer alacaq.

Избранный
118
50
publika.az

10Источники