Səudiyyə Ərəbistanı Liqası Məhəmməd Salahın ölkə klublarından birinə mümkün transferi üçün maliyyə dəstəyi verməyə hazırdır.
İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı hücumçu “Liverpul”dan ayrılacağı halda bu prosesə Liqa özü də qoşulacaq. Salah son iki matçda ehtiyatda qalıb.
Onun “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına qədərdir. Misirli forvard bu mövsüm 19 oyunda 5 qol və 3 assistlə yadda qalıb.