RU

İstanbulda əməliyyat: Ahmet Çakar, futbolçular və klub rəsmiləri saxlanıldı

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən futbolda mərc araşdırması çərçivəsində bu səhər yeni əməliyyat keçirilib. 

Qaynarinfo xəbər veirr ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırma çərçivəsində keçirilən əməliyyat zamanı çox sayda futbolçu və klub rəsmisi saxlanılıb. Futbol şərhçisi Ahmet Çakar də saxlanılanlar arasındadır.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bu müddət əvvəl keçirditi mətbuat konfransında belə demişdi: "Təmizlik təkcə hakimlərlə olmaz. Əgər ediləcəksə, futbolun bütün ünsürlərinin təmizlənməsi lazımdır. Hakimlərlə başladıq, futbolçularla davam edir. Bu həftə istədiyimiz məlumatlar nazirlikdən gələcək. Məşqçi, tərcüməçi, tibb işçisi, avadanlıqçı, nümayəndələr, müşahidəçilər - onlar da bu həftə gəlirlər. Əsas bu araşdırmadan sonra biz öz baxış sahəmizdə, TFF nəzdində olanları təmizləmiş olacağıq. Ümid edirəm ki, klublar da öz daxilini təmizləyər və bu iş həm baş prokurorluğun, həm də bizim üzərimizdə qalmaz".

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
53
qaynarinfo.az

1Источники