RU

Yanğında ölənlərdən ən kiçiyinin 6 yaşı olub... - FOTOLAR

Lökbatan qəsəbəsinin “Qobu Park-1” yaşayış massivində baş verən yanğında ölən 4 nəfərin adları müəyyənləşib.

 

Hadisə zamanı həlak olan şəxslər ana, 2 övladı və qonşu olub.

 

Onların adlarını təqdim edirik: Zülfiyyə Yusifova (1998), Yusif Yusifov (2016), Məryam Yusifova (2019) və Yusif Hüseynov (1953).

 

Xatırladaq ki, Y.Hüseynov qonşu evdən kömək etmək üçün içəri daxil olarkən tüstüdən boğularaq həyatını itirib.

 

Qeyd edək ki, yanğın zamanı 4 nəfər də xəsarət alıb. Onlardan 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilib.1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub./Qafqazinfo

 

 

 

 

 
 
Tarix: 5 Dekabr 2025, 11:42   
Избранный
10
12
pravda.az

10Источники