Hindistanın baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putinlə görüşündə Yeni Dehlinin mövqeyinin neytral olmadığını və ölkəsinin sülh tərəfdarı olduğunu bildirdi...
Poliqon bu barədə RIA Novosti-yə istinadən xəbər.
"Dünya liderləri ilə görüşəndə həmişə deyirəm ki, Hindistan neytral ölkə deyil. Hindistanın neytral mövqeyi yoxdur. Bizim öz mövqeyimiz var və bu, sülh tərəfdarı mövqeyidir", deyə o bildirib.
Modi əlavə edib ki, Hindistan sülhün bərpasına yönəlmiş bütün səyləri dəstəkləyir.
Rusiya prezidenti ilə görüş zamanı o, həmçinin Rusiya və Hindistanın Ukraynadakı vəziyyətlə bağlı mütəmadi olaraq fikir mübadiləsi apardığını bildirib. Onun sözlərinə görə, bu, iki ölkə arasında dərin etimadın göstəricisidir.
Putin və Modi Dehlidəki Haydarabad Sarayında danışıqlar aparırlar. Danışıqların Rusiya və Hindistan nümayəndə heyətlərinin iştirakı ilə genişləndirilmiş formatda davam etdirilməsi planlaşdırılır.
Poliqon.info