Əmək Məcəlləsinə "Ailə vəzifələri olan işçi" anlayışı daxil edilməsi nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bu, Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilmiş iclasında müzakirə edilib.