RU

Yanan evdəkiləri xilas etmək istəyən qonşu da öldü – Foto

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksində mənzildə baş verən yanğında həyataını itirənlər mənzildə olan iki məktəbli, anası və onları xilas etməyə gələn qonşu olub.

Tribuna-nın məlumatına görə, mənzildə baş verən yanğında evdə ana Zülfiyyə Yusifova (1998), onun iki azyaşlı övladı – Yusif Yusifov (2016), Məryam Yusifova (2019) olub. Hadisə zamanı onalrdan hər üçü də tüstüdən zəhərlənərək ölüb.
Dünyasını dəyişən digər şəxs isə qonşu mənzildə yaşayan Yusif Hüseynov (1953) olub. O, kömək etmək məqsədilə içəri daxil olarkən tüstüdən boğularaq həyatını itirib. Onun arxasınca gələn həyat yoldaşının isə tüstüdən zəhərlənərək xəstəxanaya çatdırıldığı bildirilir.

Gülşən Rəsul

Избранный
136
tribunainfo.az

1Источники