RU

Finlandiyanın avtomobil zavodu zirehli texnika istehsalına keçəcək

Uusikaupunki şəhərində yerləşən Finlandiyanın Valmet Automotive avtomobil istehsalçısı və Patria müdafiə şirkəti zirehli texnikaların birgə istehsalı haqqında müqavilə imzalayıblar.

Herbiand.az bildirir ki, “Mercedes-Benz” markalı avtomobillər istehsal edən zavod son zamanlar maddi sıxıntılar yaşayıb və artıq bəzi işçilərini ixtisar etməyə başlayıb.

Patria isə müdafiə istehsalını artırıb. Şirkət bu həftə İsveçdən 94 zirehli maşın üçün əlavə sifariş alındığını elan edib. Bununla da, ümumi sifarişi 415 maşın təşkil edib.

Patria məhsullarının əhəmiyyətli hissəsi zirehli maşınlar, yüksək texnologiyalı avadanlıq və aerokosmik texnologiyadan ibarətdir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
66
herbiand.az

1Источники