Bakı, 5 dekabr, AZƏRTAC
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevlə yollarını ayırması gündəmdə deyil.
Bu barədə AZƏRTAC-a klubdan məlumat verib.
Bildirilib ki, Elmar Baxşıyevın istefaya göndərilməsi nəzərdə tutulmayıb.
Naxçıvan klubu ötən gün Azərbaycan Kubokunun 1/8 final mərhələsində əlavə vaxta “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Komanda Misli Premyer Liqasında 13 turdan sonra 20 xalla 6-cı pillədə qərarlaşıb.