RU

Türkiyənin tanınmış futbolçuları və məşhur şərhçisi saxlanıldılar

Türkiyə futbolunda qanunsuz mərc oyunları ilə bağlı araşdırmalar davam edir.

Oxu.Az yerli mətbuata istinadən xəbər verir ki, “Fənərbağça”nın futbolçusu Mert Hakan Yandaş və “Qalatasaray”ın gənc futbolçusu Metehan Baltacı da mərc oyunlarında iştirak etməkdə ittiham olunaraq saxlanılıblar.

Bundan əlavə, saxlanılanlar arasında keçmiş hakim və futbol şərhçisi Ahmet Çakar da var.

Türkiyənin

Qeyd edək ki, İstanbul Respublika Prokurorluğu bu gün səhər saatlarında mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində əməliyyat keçirib. Əməliyyat zamanı bir neçə futbolçu və klub rəsmiləri saxlanılıb.

İstanbul Respublika Baş Prokurorluğu mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində bu gün səhər saatlarında əməliyyat keçirib.

Oxu.Az “Haber Global”a istinadən xəbər verir ki, çoxlu sayda futbolçu və bir neçə klubun rəhbərləri saxlanılıb.

Hələlik həmin şəxslərin adları açıqlanmayıb.

İstintaq zamanı bəzi idman şərhçilərinin də saxlanıldığı bildirilib.

Избранный
61
1
editor.az

2Источники