Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı baş tutub.
AZƏRTAC xəbər verir ki, federasiyasının rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə qurumun prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər.
İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər.