Bakı. Trend:
Asiya İnkişaf Bankı Azərbaycan Dəmir Yollarına onun qlobalsəviyyədə rəqabət aparmasına imkan verəcək karbonsuzlaşdırmaproqramının formalaşdırılmasında kömək edəcək.
Trend xəbər verirki, bunu bu gün AİB-in Energetika İdarəsinin inkişaf etməkdə olanregionlar üzrə direktoru Sindi Sisneros-Tianqko Bakıda AİB vəAzərbaycan Dəmir Yolları (ADY) QSC çərçivəsində karbonsuzlaşdırmaüzrə layihənin təqdimatında etdiyi çıxışda deyib.
“Bütün dünyada dəmir yolu sektoru yeni bir dövrə qədəm qoyur. Budövrü elektrikləşmə, rəqəmsallaşma və enerji istehsalı vəistifadəsində əsaslı dəyişikliklər müəyyən edir. Yaponiya və ÇindənAvstraliya və Avropaya qədər dünya liderləri ağıllı, aşağı karbonemissiyalı dəmir yolu ekosistemləri yaradır. Azərbaycanın isəyalnız bu hərəkata qoşulmaq deyil, həm də onun gələcəyininformalaşmasında iştirak etmək üçün unikal imkanı var,” – deyə obildirib.
Sisneros-Tianqko qeyd edib ki, karbonsuzlaşdırma layihəsiniformalaşdıracaq texniki yardım həm mühəndislik, həm də maliyyəhəllərindəki innovasiyaları özündə birləşdirir.
“Mühəndislik hissəsində biz kompleks həlləri öyrənəcəyik: bərpaolunan enerji, enerji saxlama sistemləri, ağıllı mikroşəbəkələr,rekuperativ əyləc sistemləri və hətta karbon udma texnologiyaları -məqsəd fosil yanacağın istifadəsini azaltmaq və şəbəkənin elektrikenerjisindən asılılığı minimuma endirməkdir,” – deyə obildirib.
Onun sözlərinə görə, mərhələli və sistemli tətbiq edildikdə, buhəllər ADY-in uzunmüddətli enerji xərclərini azalda və şirkətinkarbon izini əhəmiyyətli dərəcədə azalda bilər.