RU

“Ayaks”ın Bakı proqramı məlumdur

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda “Qarabağ”la üz-üzə gələcək Niderlandın “Ayaks” klubunun səfər proqramı bəlli olub.

Msport.az xəbər verir ki, Amsterdam təmsilçisi dekabrın 8-də, axşam saatlarında paytaxtda olacaq.

Dekabrın 9-da matçın keçiriləcəyi stadionda komandanın mətbuat konfransı və açıq məşqçi baş tutacaq. “Ayaks” matçdan sonra Niderlanda qayıdacaq.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Избранный
7
1
msport.az

2Источники