Ermənistanın Eçmiədzin şəhərində baş verən hadisə ilə bağlı tanınmış din xadimi, arxiyepiskop Arşak Xaçatryan həbs edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə onun vəkili Arsen Babayan məlumat verib.
Ermənistan məhkəməsi arxiyepiskop Xaçatryanın iki ay müddətinə həbsdə saxlanılması ilə bağlı istintaqın vəsatətini təmin edib. Qərar Masis Melkonyan adlı hakim tərəfindən çıxarılıb.
Hazırda rəsmi qurumlar hadisənin detalları barədə əlavə açıqlama verməyiblər.