Milli Məclisin deputatları Ankarada Ulu Öndərin anım gününə həsr olunmuş tədbirdə iştirak edəcəklər
Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Eldar Quliyev və Anar Məmmədov dekabrın 9-da Türkiyə Respublikasının Ankara şəhərinə səfər edəcəklər.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Deputatlarımız burada Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi tədbirə qatılacaqlar, səfirlik tərəfindən nəşr olunmuş Ulu Öndərin həyat və fəaliyyətinə dair kitabın təqdimat mərasimində iştirak edəcəklər.