ain.az, Olke.az portalına istinadən məlumat verir.
Fransanın Agde şəhərində qonşusunun şikayəti əsasında məhkəmənin qərarı ilə Remi adlı pişik ev dustağı edilib və çölə çıxması qadağan edilib.
Ölkə.az xəbər verir ki, məhkəmə 90 səhifəlik əsaslandırma əsasında qərar çıxarıb. Pişik yorğan-döşəkdə və bağda nəcisini çıxarmaqda günahlandırılır.
Məhkəmə qərarında həmçinin heyvanın bundan sonrakı hər "icazəsiz hərəkəti" üçün 30 avro məbləğində cərimə də nəzərdə tutulub.
Pişiyin sahibi Dominik Valdes isə məhkəməninin qərarına etiraz edərək deyib ki, pişiyin ziyana səbəb olduğuna dair heç bir tutarlı sübut yoxdur: “Məhkəmə hökmünü alanda elə bil başıma zərbə endiriblər. Çünki 90 səhifəlik bu həcmli məhkəmə materialında Reminin ziyan vurduğuna dair heç bir real sübut yoxdur”.

Mürtəza
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.