RU

ABŞ-ın yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında Avropa ilə bağlı MARAQLI DETAL

ABŞ-ın yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında Tramp administrasiyasının bir sıra Avropa tərəfdaşları ilə fikir ayrılıqlarını ifadə edib. Sənəddə bəzi Avropa hökumətlərinin "demokratiyanın əsas prinsiplərini tapdaladığı" bildirilir.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Sənəddə deyilir: "Tramp administrasiyası müharibəyə qeyri-real ümidlər bəsləyən, qeyri-sabit azlıq hökumətlərinə güvənən Avropa rəsmiləri ilə fikir ayrılığına malikdir, onların çoxu müxalifəti yatırmaq üçün demokratiyanın əsas prinsiplərini tapdalayır".

Strategiyada qeyd olunur ki, əksər avropalılar sülh arzulasalar da, onların hökumətlərinin siyasəti buna uyğun deyil. Sənəd müəlliflərinin fikrincə, bu vəziyyət Avropanı siyasi böhrana sürükləyə və islahatlara mane ola bilər.

Yeni Milli Təhlükəsizlik Strategiyasında həmçinin bildirilir ki, ölkə Avropanın öz müdafiəsini təmin etmək qabiliyyətinə üstünlük vermək niyyətindədir.

Избранный
42
ikisahil.az

1Источники