Ajans.az xəbər verir ki, əməliyyat zamanı əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş 37 yaşlı Etibar Həsənov saxlanılıb. Ondan 22 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisində narkotiklərin satışını və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. E.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.