RU

NDU-da işləmək istəyənlər üçün yeni vakansiyalar elan edilib

Naxçıvan Dövlət Universiteti "İnformasiya texnologiyaları" ixtisasında müəllim vəzifəsi üzrə peşəkar kadr axtarır.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə NDU məlumat yayıb.

Məlumatda qeyd olunub ki, informasiya texnologiyaları, kompüter mühəndisliyi, proqram mühəndisliyi və ya uyğun sahə üzrə magistr dərəcəsi, müəllimlik və ya İT sahəsində minimum 2 il iş təcrübəsi, "Python", "Java", C#, C++ və s. proqramlaşdırma dillərindən birinə dair praktiki bilik əsas tələblərdir.

Bundan əlavə MySQL, PostgreSQL kimi məlumat bazaları üzrə biliklər, şəbəkə texnologiyaları, informasiya təhlükəsizliyi və sistem idarəetməsi üzrə biliklərə, Moodle və digər LMS platformalarında rəqəmsal tədrislə işləmək bacarığı, yüksək pedaqoji bacarıqları, komandada işləmək və ünsiyyət qabiliyyəti olanlara  üstünlük veriləcək. 

Namizədlər CV-lərini [email protected] adresinə göndərə bilərlər. 

 

 

 

Избранный
26
tehsil.biz

1Источники