"Hindistan tezliklə Rusiya vətəndaşlarına həm fərdi turistlər, həm də tur qrupları tərəfindən müraciət edilə bilən 30 günlük elektron vizaların verilməsinə başlayacaq".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Hindistanın Baş naziri Narendra Modi deyib.
"Mən şadam ki, biz tezliklə Rusiyadan gələn fərdi turistlərə və turist qruplarına 30 günlük elektron vizaların verilməsinə başlayacağıq", - o qeyd edib.
Onun sözlərinə görə, mədəni qarşılıqlı əlaqə və vətəndaş cəmiyyəti səviyyəsində əlaqələr Rusiya və Hindistan arasında tərəfdaşlıqda xüsusi yer tutur və son on ildə hər iki ölkənin xalqları arasında mədəni mübadilə intensivləşib.