Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Sırski bildirib ki, bəzi Alman mediada yayılan məlumatlar yanlışdır və Rusiya qüvvələrinin Pokrovski ələ keçirməsi barədə xəbərlər həqiqəti əks etdirmir.
KONKRET.az xəbər verir ki, Sırski ZDFheute-yə verdiyi müsahibədə bildirib:
“Bəzi Alman KİV-lərində Rusiya Silahlı Qüvvələrinin Pokrovski ələ keçirməsi barədə məlumatlar yayıldı. Mən tam əminliklə deyə bilərəm ki, bu məlumat həqiqəti əks etdirmir”.
O əlavə edib ki, Ukrayna ordusu Pokrovski şimal hissəsində nəzarətdə saxlayır.
Əvvəlcə Pokrovski itirdiyinə dair məlumatlar Almaniyanın Bild nəşrində dərc olunmuşdu. Lakin Ukrayna Baş Qərargahı bu məlumatı təkzib edib.
Müşviq Tofiqoğlu,
KONKRET.az