ain.az, Moderator.az portalına istinadən məlumat verir.
Müğənni Almaz Saraylı övladının toyuna heç bir ifaçını dəvət etməyib.
Sənətçi bu haqda "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, söz-söhbətdən qaçmaq üçün bu addımı atıb:
"Müğənnilər məni ad günü və toya dəvət edirlər. Gedəndə quzu kimi otururam. Amma görürəm ki, o biri müğənnilər küsür: o deyir niyə mən oxumadım, bu deyir mənə söz vermədin. Onda gərək 100 gün toy edim ki, hamısının səhnəyə çıxmağa vaxt çatsın. Bir-iki ifaçı çağırdım". (Axşam.az)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.