ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Qazax rayonunda 1982-ci il təvəllüdlü Namaz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Adil Qədiməliyevi bıçaqlayıb. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Namaz bıçaqlanma hadisəsindən təxminən 2 il əvvəl 180 manata nisyə aldığı 1 baş xırdabuynuzlu heyvanın pulunu ödəməməsinə görə heyvanı ona satmış ət məhsullarının satışı ilə məşğul olan Süleymanın qardaşı və şəriki Adilin heyvanın pulunu istəməsi və verə bilmədiyinə görə telefonda aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Adilin özünü və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etməsinə görə aralarındakı məsələyə aydınlıq gətirmək üçün onun və qardaşı Süleyman Qədiməliyevin yaşadığı evə gedib. Onları çağırıb, evdən çıxmaqdan imtina etdikləri üçün onların növbəti gün səhər heyvan almaq üçün Qazax rayon heyvan bazarında olmasını dəqiqləşdirib. Daha sonra söyüşlə bağlı məsələni aydınlaşdırmaq üçün 14 iyul 2024-cü ildə, səhər saat 5 radələrində heyvan bazarına gedib və bazarda Adillə özü və ailə üzvlərinin ünvanına söyüş söyməsi ilə bağlı mübahisə edib. Bu zaman Namaz bıçaqla Adilin qarın və sol qol nahiyyələrinə qəsdən zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Namazın barəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. İş üzrə ifadə verən Namaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Adil ilə arasındakı münaqişənin səbəbi heyvan olub: “Adilin qardaşı Süleymandan bir neçə il əvvəl bir baş quzu aldım. Lakin Süleymana heyvanın pulunu verə bilmədim. Süleyman problem olmadığını, “üstünü düzəldəndə verərsən” dedi. Süleymanla aramızda problem olmasa da, Adil heyvanın pulunu istəyib, ziyanda olduqlarını deyib. O, mənə telefonda nalayiq ifadələr işlətdi. Buna görə də ona acıqlı olmuşam”.Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 14-də, səhər saat 5 radələrində Qazax Mal Bazarına gedib: “Adil də bazarda olub. Adilə yaxınlaşdım və ona “kənara çəkib məsələni həll edək” desəm də, mənə qarşı nalayiq ifadələr işlətdi. Buna görə də əsəbiləşərək ona bıçaqla xəsarətlər yetirdim”.Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Namaz 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.