RU

Bakıda Türk Dövlətlərinin Əmək Nazirləri Toplaşdı

Bakıda

TDT ölkələri ilk dəfə əmək, məşğulluq və sosial müdafiə sahələrində ortaq əməkdaşlıq gündəmi ilə bir araya gəldi.BakıdaUlusum.az xəbər verir ki, Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin ilk iclası keçirilib. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və müşahidəçi ölkələrin nümayəndələrinin iştirak etdiyi toplantı “Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq” mövzusunda baş tutub.Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında TDT ilə əməkdaşlığın ölkəmiz üçün prioritet olduğunu, sosial islahatlar, rəqəmsal xidmətlər və DOST modeli barədə məlumat verib. O, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev və Türkiyənin naziri Vedat İşıkhan əməkdaşlığın “Türk Dünyası 2040 Vizyonu” çərçivəsində əhəmiyyətini qeyd ediblər. Üzv ölkələrin nümayəndələri əmək bazarının inkişafı, rəqəmsallaşma, sosial müdafiə və təhlükəsizlik sahələrində birlikdə fəaliyyətin önəmini bildiriblər.Sonda iclasın Bəyannaməsi imzalanıb. Sənəd əmək qanunvericiliyi, təhlükəsizlik, gender bərabərliyi və digər sahələrdə əməkdaşlığın gücləndirilməsini, həmçinin ölkələr arasında Əmək, Məşğulluq və Sosial Müdafiə üzrə İşçi Qrupun yaradılmasını nəzərdə tutur.R.Daşdəmirova

Diqqət Çəkənlər

Qaradağda dəhşətli yanğın: 4 nəfər həyatını itirdi - 4 nəfər öldü VİDEO

MN-in Tibbi Sənədlər Arxivinin rəisi həbs olundu

Beyləqanda İKT İşçilərinin Peşə Bayramı Qeyd Olundu

Избранный
46
ulusum.az

1Источники